Müəyyən olunmuş proqramlar mütəmadi icra olunduqca qarşıdakı dövrdə iqtisadi inkişaf daha da sürətlənəcək
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində, dünyada hökm sürən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirini aradan qaldırır. Belə ki, Azərbaycan iqtisadiyyatının inkişaf tepmini əks etdirəm statistik rəqəmləri nəzərdən keçirdiyimiz zaman da bunu açıq şəkildə görmək olur. Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən aparılan qətiyyətli və uzaqgörən sosial-iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının gücünü bariz şəkildə nümayiş etdirməkdədir. Əbəs yerə deyil ki, dövlət başçımız Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vurğulayıb ki, 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib.
Belə ki, ölkə başçımız tərəfindən təsdiq edilən Dövlət Proqramları, Strateji Yol Xəritələri, bir çox qanunlara edilən dəyişikliklər və onların icrası, nəinki dünya böhranın təsirini aradan qaldırıb, hətta Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olub. Təkcə 2017-ci ilin birinci rübündə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı artım statistikasına nəzər saldığımız zaman ortadakı faktlar da, məhz belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır.
Qeyri-neft sektoru - 2,4%
Qeyri-neft sənayesi - 2%
Kənd təsərrüfatı - 3,5%
Ticarət dövriyyəsi - 15%
İxrac - 50%
Qeyri-neft ixracı - 10%
Büdcənin valyuta ehtiyatları - 1 mlrd. dollar
Onu da qeyd edək ki, ötən müddət ərzində 85 min yeni iş yeri yaradılıb ki, onun da 70 mini daimidir. Təbii ki, belə bir inkişaf prosesində qarşıdakı illərdə daha uğurlu nəticələrə gəlinəcəyi kimsədə şübhə doğurmur. Düzdür, bu sıralamada idxalda 10% azalmanın müşahidə edilməsi də göstərilir ki, həmin rəqəmin ümumi iqtisadi inkişafa ciddi təsir etməyəcəyini söyləmək olar. Daha dəqiq desək, qısa zamanda idxal göstəricilərində artım müşahidə edilə bilər.
Digər faktorlar isə bunlardır:
- İnvestisiya proqramları, o cümlədən, infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) 100% icra olunmalıdır. Azərbaycanın 270 kəndinə modul tipli içməli su qurğularının quraşdırılması işi sürətləndirilməli, həmin yaşayış məntəqələrinin əhalisi bu işin tezliklə yekunlaşmasına ictimai nəzarəti artırmalıdır.
- Bakının və regionların turizm infrastrukturunun inkişaf etdirilməsi nəticəsində, Azərbaycana turist axını xeyli artmışdır. Bu sahənin inkişafı prioritet vəzifələrdən biri kimi davam etməlidir. 2017-ci ilin üç ayında ölkəyə gələn turistlərin sayı 25% artmışdır;
- İnşaat sektorunda 2016-cı ilin sonundan başlayan yüksəliş davam etdirilməli, köhnə binaların sökülməsi və yeni binaların inşası pilot layihəsi gücləndirilməli və bütün şəhər və rayonları əhatə etməlidir;
- Sənaye istehsalı və kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq qalır. Bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir.
Kənd təsərrüfatı və sənayenin yeni inkişaf mərhələsində...
Kənd təsərrüfatı sahəsində də hədəflər müəyyənləşdirilib. Belə ki, cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış iş yekunlaşmalıdır. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərməlidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pivot Suvarma zavodu, Pestisid zavodu və gələn il inşa ediləcək Azot Gübrələri zavodunun tikintisi sürətləndilrilməlidir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfəsini göstərməlidir, kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdirilməli, bu sahəyə nəzarət gücləndirilməlidir.
Sənaye sahəsində isə rayonlarda sənaye mərkəzlərinin yaranması sürətləndirilməli, Sumqayıtdakı SOKAR Polimer zavodunun istehsal etdiyi xammal, ilk növbədə, iş adamları tərəfindən alınmalı və yeni iş sahələri yaradılmalı, dövlət istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə diqqətini artırmalı, yeni bazarlar müəyyənləşdirilməli və dövriyyəyə buraxılmalıdır.
Sahibkarlıq və investisiya sahələrinin davamlı şəkildə istiqamətləndirilməsi dövlətin diqqət mərkəzindədir
Qeyd edək ki, Prezident İlham Əliyev yuxarıda qeyd edilən sahələrlə yanaşı, sahibkarlıq və investisiya sahələrinə dövlətin davamlı diqqət və qayğı göstərməli olduğunu vurğulayıb. Bu baxımdan, hədəflər sırasında bu iki mühüm amil barədə müvafiq tədbirlər görülməkdə davam edir. Həmin amil çərçivəsində sahibkarlığın inkişafına dövlətin diqqət və qayğısının davam etdirilməsi, daha da artırılması (güzəştli kreditlər, sahibkarlara lazımi iş şəraitinin yaradılması və s. ) prioritet istiqamətlərdəndir.
Həmçinin, xarici sərmayənin ölkə iqtisadiyyatına cəlb olunması sahəsində işlərin görülməsi və bu sahəyə diqqətin artırılmalı olması barədə də dövlət başçısı sözügedən toplantıda tapşırıqlarını verib.
Bütün bunları nəzərə alarkən, sonda belə bir nəticəyə gəlmək mümkündür ki, bu ilin birinci rübünün iqtisadi artımı uğurla başa çatdırılıb və bütün iqtisadi göstəricilər müsbət nəticələnib. Bu baxımdan, müəyyən olunmuş proqramlar, mütəmadi icra olunduqca, qarşıdakı dövrdə iqtisadi inkişaf daha da sürətlənəcək.
Rövşən NURƏDDİNOĞLU