PDF Oxu

Sosial

  • 1 269

YAP Xətai rayon təşkilatının XI konfransı keçirilib

YAP Xətai rayon təşkilatının XI konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XI konfransı keçirilib. Konfransda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin tarixi fəaliyyəti haqqında danışan H.Mirələmov bildirib ki, partiyamız Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir: "1993-cü il fevral ayının 13-də təsis konfransını keçirən YAP Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər YAP üzvünü birləşdirirdi. Ötən müddət ərzində, YAP Xətai rayon təçşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 143 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Xətai rayon təşkilatının üzvlərinin sayı 16062 nəfərdir. X konfransdan ötən müddət ərzində 1094 nəfər YAP sıralarına qəbul edilmişdir. Bunlardan 404 nəfəri gənclər, 508 nəfəri qadınlardır". H.Mirələmov çıxışında onu da bildirib ki, YAP Xətai rayon təşkilatı öz sıralarını daim genişləndirərək, partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.

Hesabat məruzəsindən sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Daha sonra YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və digərləri çıxış edərək, YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xila edən Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir.

Konfransda təşkilati məsələlərə də baxılıb. Yeni tərkibdə rayon təşkilatının şura və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, Milli Məclisin deputatı H.Mirələmov yenidən YAP Xətai rayon təşkilatın sədri seçilmişdir.

Sonda konfrans iştirakçıları Yeni Azərbyacan Partiyasının Sədri, Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.

Samir

Digər xəbərlər