PDF Oxu

Sosial

  • 1 242

Türkiyə mənşəli erməni professor-yazar Ermənistan hakimiyyətinə "od püskürdü"

Türkiyə mənşəli erməni professor-yazar Ermənistan hakimiyyətinə "od püskürdü"

Taron Açemoğlu: "Dəyərsiz və ləyaqətsiz hakimiyyət nümayəndələri yeniləri ilə əvəzlənmirlər"

Ermənistanda cərəyan edən son siyasi-ictimai proseslər, artıq bu ölkənin hüdudlarından kənarda yaşayan ermənilər tərəfindən də kəskin şəkildə tənqid olunmaqdadır. Belə ki, bu günlərdə ABŞ-da fəaliyyət göstərən erməni mərkəzlərinin biri də bu ölkənin ölümə və uçuruma doğru yuvarlandığını bir sıra əsaslı dəlillərlə sübuta yetirib.

"Sovet İttifaqı süquta uğradıqdan sonra Ermənistan da Estoniya, Çexiya kimi inkişaf yolunu tuta və inkişaf edə bilərdi, lakin təəssüf ki, Ermənistan daha çox postsovet məkanında olan digər ölkələrə, məsələn, ölkələrini dünyadan təcrid edən və sabiq kommunistlərin idarə etdiyi Özbəkistana... doğru yön alıb. SƏS İnformasiya Agentliyinin "Civilent.am"a istinadən verdiyi məlumata görə, ABŞ-ın Cənubi Kaliforniya ştatının Ermənişünaslıq İnstitutu tərəfindən düzənlənən simpoziumunda "Nəyə görə dövlətlər uğursuzluğa düçar olur" (why nations fail) kitabının müəllifi, Amerikada yaşayan Türkiyə mənşəli erməni professor-yazar Taron Açemoğlu sözügedən fikirlərlə çıxış edib.

Erməni professor-yazar Ermənistanla bağlı bütün ümidlərini itirdiyini etiraf edib

Erməni ictimaiyyəti yalnız bununla təəssüflənmədiyini deyir və bildirir ki, bundan da artıq təəssüfedici hallar mövcuddur. SİTAT: "Daha böyük təəssüf hisslərindən biri də budur ki, məsələn, iqtisadi keçid dövrünü yaşayan bir neçə ən uğursuz ölkələrdə, deyək ki, Qazağıstanda vəziyyət yaxşılığa doğru dəyişir. Bu gün Qazaxıstan demokratiyadan çox uzaqdır, ancaq institutların bu istiqamətdə gücləndirilməsində müəyyən cəhdlər və addımlar atılmaqdadır. Lakin müstəqillik əldə etdikdən sonrakı ilk illərdə Ermənistanda demokratiya ilə bağlı atılan ilk addımlara baxmayaraq, zaman-zaman vəziyyət daha da pisləşməyə başladı".

Türkiyə mənşəli erməni professor-yazar son illərdə Ermənistanla bağlı bütün ümidlərini itirdiyini də etiraf edib. Belə ki, siyasi xadimlər tərəfindən ölkə sistemində korrupsiyanın miqyası, siyasi nəzarətin miqyası daha da artmağa başlayıb ki, bu da ölkənin dünyaya açılması yerinə, qapanmasını daha sistematik şəkildə reallaşdırır.

Taron Açemoğlu baş verənlərə səbəb kimi növbəti faktı da önə sürərək, deyib ki, seçkilər nəticəsində hakimiyyət dəyişilməmiş qalır. SİTAT: "Nəticədə, dəyərsiz və ləyaqətsiz hakimiyyət nümayəndələri yeniləri ilə əvəzlənmirlər".

Erməni ictimai xadimin sözlərinə görə, bu məsələdə Avropa İttifaqı timsalındakı müvafiq strukturların fəaliyyəti yox dərəcəsindədir, eləcə də, Qarabağ münaqişəsi istiqamətində də...

"Diasporanın asan pulları Ermənistan kimi zəif institusional ortamında korrupsiyaya hopub"

"Əlbəttə, Ermənistanda heç vaxt Avropa İttifaqı kimi güclü müəyyənləşdirici faktor olmayıb, hansı ki, bu faktor onun üçün modelə çevrilə bilərdi"-deyə qeyd edən erməni professor bunun yerinə həmin faktor qismində fəaliyyət göstərəcək digər quruma - diasporaya işarə edib. Lakin bu məsələdə də Ermənistan hakimiyyətinin uğursuzluğa düçar olduğunu bir faktla sübuta yetirib. SİTAT: "Hesab edirəm ki, diaspora Ermənistan üçün yalnız asan pul əldə etmək mənbəyi rolunu oynayıb. Məhz bu pullar Ermənistan kimi zəif institusional ortamında korrupsiyaya hopub".

"Sən sağ qalmaq üçün Azərbaycanla müharibə apardığın bir zamanda siyasilər tamamilə başqa mövqe sərgiləyirlər"

Taron Açemoğlu Azərbaycanla müharibə vəziyyətində olmağı erməni hökuməti üçün daha böyük fəsdlar törədə biləcəyini də istisna etməyib. SİTAT: "Sən sağ qalmaq üçün Azərbaycanla müharibə apardığın bir zamanda, siyasilər tamamilə başqa mövqe sərgiləyirlər. Onlar gələcəyə açıq gözlə baxmaq yerinə, keçmişin vəhşiləşmiş milli ənənələr istinad edirlər.

Lakin biz gələcəyə açıq gözlə baxmağı bacarmalıyıq. Biz, Orta Şərqdə, Mərkəzi Asiyada millətçi, hərbiləşdirilmiş ritorikanın nə qədər destruktiv və təhlükəli olduğunu görmüşük. Erməni xalqının bu kimi ritorikalara tabe olmasına səbəblər yaratmaq olmaz".

Göründüyü kimi, fakt budur ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporasının üzvləri də Ermənistanın quldur hakimiyyətinə qarşı çıxmağa başlayıblar. Məhz Taron Açemoğlu adlı Türkiyə mənşəli ABŞ ermənisinin də bəlli baxışı bu amili özündə kifayət qədər ehtiva etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər