PDF Oxu

Sosial

  • 2 191

Partiyanın qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetirilib

Partiyanın qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetirilib

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının X konfransı keçirilib. Konfransda YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov hesabat məruzəsi ilə çıxış edib.

YAP-ın zəngin inkişaf yolu haqqında danışan N.Əhmədov qeyd edib ki, 1993-cü ildə təsis konfransını keçirən YAP Xəzər rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib: "YAP Xəzər rayon təşkilatı öz sıralarını daim genişləndirərək, partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir".

Sədr öz çıxışında daha sonra bildirib ki, YAP-ın Xəzər rayon təşkilatı YAP-ın V Qurultayında qəbul edilmiş qərarların, eləcə də, partiyanın İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.

Hesabat məruzəsindən sonra nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Daha sonra konfransda Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının birinci vitse -prezidenti İsa Həbibbəyli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək, YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir.

Konfransda Heydər Əliyev Fondunun Xəzər rayonundakı nümayəndəsi Elmar Mədətov iştirak edib.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının konfransında, həmçinin, təşkilati məsələlər müzakirə edilmişdir.

YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov yenidən YAP Xəzər rayon təşkilatının sədri seçilmişdir.

Konfransda yeni tərkibdə rayon təşkilatının şura və idarə heyəti seçilmişdir.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər