PDF Oxu

Sosial

  • 1 379

"Klounların və klounadanın şahidlərinə çevrilmişik"

"Klounların və klounadanın şahidlərinə çevrilmişik"

MUSA MİKAELYAN YAZIR

Ermənistanda seçkisonrası müzakirələr bitməməklə yanaşı, ölkənin müxtəlif müxalifətyönlü ictimai-siyasi media qurumları Serj Sarkisyan hakimiyyətini kəskin şəkildə hədəfə almaqda davam edir. Xüsusilə, tanınmış köşə yazarları və analitiklər ölkənin hazırkı vəziyyətinin təhlilini apararaq, artıq Ermənistanın suverenliyinin itirilməsi təhlükəsi yaşadığı barədə ardıcıl yazılar dərc edirlər. Bu baxımdan, "SƏS" İnformasiya Agentliyi ölkə ictimaiyyətinin düşmən ölkədə seçkisonrası proseslərlə maraqlandığını nəzərə alaraq, Ermənistanın analitik yazarı, 1-in.an saytının şərhçisi Musa Mikaelyanın mövcud vəziyyət ətrafındakı təhlilini tərcümə edib, işıqlandırmaq qərarına gəldi.

Beləliklə, "Seçim etmək qabiliyyətini itirmiş əsəb" başlıqlı yazısında erməni müəllif yazır ki, Ermənistanda daha əyləncəli və daha məyusedici seçkiöncəsi mənzərəsini təsəvvürə gətirmək mümkün deyildi: "Seçkiöncəsi Ermənistan artıq keçmişdə qalıb, seçkilər baş tutub, bununla yanaşı, daha əyləncəli və daha məyusedici seçkisonrası Ermənistan mövcuddur ki, hazırda seçkiöncəsi sirk tamaşasının nəticələri görünməyə başlayıb".

M.Mikaelyan yazır: "Əgər biz seçkilərdən qabaq akrobatların və janqlyorların şahidlərinə çevrilmişdiksə, indiki vaxtda, sadəcə, klounları və klounadanın şahidlərinə çevrilmişik. Qrupları, ayrıca şəxsləri və necə deyərlər, müxtəlif ideoloji orientirləri əks etdirən təşəbbüsləri, tərəflərin ölkədəki vacib ictimai, dövlət əhəmiyyətli problemləri unudaraq, bir-birləri arasında hakimiyyət bölgüsü aparmalarını izləyərkən, bütün bunlara yaxşıca gülmək olar. Lakin başverənlərlə əylənərkən, biz də bu problemlər barədə unutmalı və mövcud sadomazoxist vəziyyətdən ləzzət almalıydıq. Bütün bunlar nevroloji-psixoloji problemlər böhranı yaşayan, miqrasiya axınının ikinci nəfəsliyinin açıldığı və gücləndiyi, demoqrafik xəritənin dəyişildiyi bir ölkədə yaşanmaqdadır. Həmin ölkədə ki, gah ordu sıralarından, gah da körpülərin altından, davamlı olaraq, tragik informasiyalar daxil olur, həmin ölkədən ki, yoxsulluq həddi 50%-ə çatıb və çox yəqin ki, artmaqda davam edəcək, bu isə, suverenliyin itirilməsi ilə başa çatacaq. Belə bir vəziyyətdə gözlənilən bu idi ki, hakimiyyət masaya yumruq vuraraq, lazımsız ideyalara və enerjiyə son qoyub, ölkə qarşısındakı ciddi çarğırışların təmin olunması istiqamətində təcili, optimal üsullar tapmalıydı, ən azından, xarici çağırışların ağırlığı altında daxili poblemlərin artmaması üçün".

"Bütün yüklər, məhz hakimiyyətin çiyinlərinə düşür və nəticədə, hakimiyyət öz səhvlərinə və fəaliyyətsizliyinə görə cavab verməli olacaq"

"İstənilən normal ölkədə, bütün bunlarla, ilk növbədə, hakimiyyət maraqlanmalı idi. Çünki qarşıya qoyulan məqsədlərə çatılmayınca, bütün yüklər, məhz hakimiyyətin çiyinlərinə düşür və nəticədə, hakimiyyət öz səhvlərinə və fəaliyyətsizliyinə görə cavab verməli olacaq"-deyə yazan Mikaelyanın fikrincə, Ermənistan bu palnda normal ölkə kimi hesab edilməsi üçün kifayət qədər uzaqdadır və hakimiyyət isə bundan razıdır: "Belə ki, ictimaiyyətin başı bu işlərə qarışıb. Ümumilikdə isə, Ermənistan hakimiyyəti, nəinki cavabdehlik hisslərindən məhrumdur, eyni zamanda, belə bir institut, ümumiyyətlə mövcud deyil".

Bütün bunlar isə, uzun illərdir ki, idarəçi elita tərəfindən seçkilərin saxtalaşdırılmasının nəticələridir ki, ictimai rəy, ümumiyyətlə, seçim etmək bacarığını itirib. Hətta bu gün ictimai rəyin elitası belə, seçim qarşısında qalır, əhəmiyyətli və daha əhəmiyyətli seçimi edə bilməyərək, təbliğatçılıq istiqamətindəki manipulyasiyaların qarşısını almaqda acizlik göstərir. Mövcud mənzərə sübut edir ki, Ermənistan ictimaiyyəti seçim etmək üçün əsəblərini və qabiliyyətini tükədib və bu amil istənilən hakimiyyət və cəmiyyət üçün çox təhlükəli haldır".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər