PDF Oxu

Sosial

  • 1 285

Nizami rayonunun sərrast atıcıları bəlli olub

Nizami rayonunun sərrast atıcıları bəlli olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə güllə atıcılığı üzrə yarış keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə yarış keçirilib.

Yarışda 24 məktəbdən 120 şagird komanda şəklində iştirak edib. Olimpiya sistemi üzrə gücünü sınayan şagirdlər hansı məktəbin komandasının daha dəqiq hədəfi nişan almasına aydınlıq gətiriblər. Yarışın nəticələrinə görə, 104 xalla 220 nömrəli orta məktəbin komandası birinci, 90 xalla 12 nömrəli məktəb ikinci və 79 xalla Kimya-Biologiya Liseyinin komandası isə üçüncü yerə layiq görülüb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 220 saylı orta məktəbin direktoru Nərminə Ağayeva və başqaları bildiriblər ki, bu cür yarışların keçirilməsi gənclərdə vətənpərvərlik hisslərini yüksəltmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır.

Aprel döyüşlərində ordumuzun şanlı qələbəsindən və bu qələbənin tarixi əhəmiyyətindən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından söz açılıb, həmçinin, Cocuq Mərcanlının timsalında Böyük Qayıdışın başlanmasından, torpaqlarımızın işğaldan azad ediləcəyi günün heç də uzaq olmadığından danışıblar.

Sonda yarışın qaliblərinə diplom və medallar təqdim edilib.

Rəfiqə

Digər xəbərlər