PDF Oxu

Sosial

  • 1 462

Əbu Bəkr əl-Bağdadinin həbsi-təfərrüatlar nəyi göstərir?

Əbu Bəkr əl-Bağdadinin həbsi-təfərrüatlar nəyi göstərir?

Yaxud soyuq müharibənin qaynar tərəfi

Artıq bir neçə gündür ki, dünya KİV-ləri yarandığı vaxt "İraq və Şam İslam Dövləti" ("İŞİD") adlandırılan, sonradan "İslam Dövləti"nə ("İD") çevrilən, yüz minlərlə insanın vəhşicəsinə qətlində ittiham edilən tertorr təşkilatının lideri, Əbu Bəkr əl-Bağdadinin həbsi barədə müxtəlif məlumatlar dərc edirlər. Maraqlısı da budur ki, hazırkı dövrə qədər adıçəkilən terrorçu qurumunun bir çox "əmirləri", "səhra komandirləri" barədə həbs, ələ keçirilmə əməliyyatlarının reallaşdırılması barədə xəbərlər yayılsa da, sonradan, qısa müddət ərzində, bu məlumatlar, məhz terror təşkilatı tərəfindən təkzib edilirdi. Hətta həmin insanlar videomüraciətlərlə çıxış edərək, "tağuta", "kafirlərə" qarşı "mübarizələrini" davam etdirdiklərini bildirirdilər. O cümlədən, liderləri Əbu Bəkr əl-Bağdadinin bir neçə dəfə ağır yaralanması, hətta onun öldürülməsi haqqında məlumatlar dünya mediasının gündəminə çatdırılırdısa, qəflətən həmin məlumatların təkzibi daha öncəki məlumatı əvəzləyirdi.

"Susmaq razılıq əlamətidir" faktorundan yanaşsaq...

Bu dəfə eyni hal baş verməyib və təkzib yoxdur. Sual olunur ki, Əl-Bağdadini kimlər ələ keçirib və o, hazırda haradadır? Çoxsaylı ərəb mediası bu məsələdə yalnız bir amilin üzərində dayanır - Əbu Bəkr əl-Bağdadinin saxlanması Rusiya və Suriya kəşfiyyatlarının uğurlu müştərək əməliyyatlarının nəticəsidir. Ancaq bu dəfə Rusiya və Suriyanın müvafiq qurumları həmin informasiyanı nə təkzib, nə də təsdiq edirlər. Əgər biz, burada "susmaq razılıq əlamətidir" faktorundan yanaşsaq, Əbu Bəkr əl-Bağdadinin həbs olunduğunun tamamilə doğru iddia olduğunu deyə bilərik. Çünki burada bir neçə məsələ aydınlaşır.

1. Əbu Bəkr əl-Bağdadinin həbsi baş verib və Rusiya müttəfiqi Suriya ilə birgə, həm də digər müttəfiqləri olan İranın dəstəyi ilə qaniçən terrorbaşının həbsi fonunda formalaşan ümumi rəyi tam şəkildə öyrənir və xeyrinə olmayacaq hər hansı bir addıma qarşı planlı iş qurur.

2. Bir müddət öncə, ABŞ Suriyaya məxsus hərbi aviabazanı qanadlı raketlərlə darmadağın edərək, bu ölkənin müttəfiqi Rusiyaya əzələ nümayişi etdirdi və nəticədə, Rusiya kəşfiyyatı Suriya və İran kəşfiyyatları ilə əməkdaşlıq edərək, çox sakit şəkildə ABŞ-ın cavabını, məhz bu vasitə ilə - Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi ilə verdi.

3. Əbu Bəkr əl-Bağdadinin həbsi baş verməyib, sadəcə, bu məsələ ətrafında qarşı tərəflərə, xüsusilə, ABŞ-a və koalisiya güclərinə qarşı siyasi spekulyasiya oyunu oynanılır. Belə oyun isə "İD" liderinə də sərf edir.

Suriya son zamanlar "İD"-ə qarşı apardığı uğurlu hərbi əməliyyatlarının ardınca, aşkar hücuma məruz qalmışdı

Bu kimi ehtimallar arasında ikincisi daha real görünür. Ən azından, ona görə ki, Suriyaya məxsus hərbi aviabazaya raket zərbələri endirildikdən sonra, ABŞ həmin zərbələrin çoxunun hədəfə dəydiyini iddia etmişdi, ancaq Rusiya bir neçə "Tomoqavk"ın hədəfə çatdığını açıqlamışdı. O cümlədən, Rusiya bu məsələdə uduzan tərəf kimi görünürdü, çünki onun hərbi müttəfiqi Suriya son zamanlar "İD"-ə qarşı apardığı uğurlu hərbi əməliyyatlarının ardınca aşkar hücuma məruz qalmışdı. Bu baxımdan, Rusiya əməli işə keçməyə məcbur oldu və nəticədə, Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsini reallaşdırdı.

Terrorçuların liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər

Beləliklə, biz burada soyuq müharibənin qaynar tərəflərinin şahidi oluruq. Hətta Əbu Bəkr əl-Bağdadinin həbsi yaxın dövrdə ABŞ-Rusiya münasibətlərində dönüş nöqtəsi də ola bilər. Məsələn, terrorçuların liderinin Rusiyanın əlində olması ABŞ üçün ciddi şəkildə arzuolunmaz bir reallıq sayıla bilər. Əbu Bəkrin dindirilməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirməklə yanaşı, Amerikanın siyasətində "ölkə naminə terroru müdafiə etmək" planı tam şəkildə ifşa edilə bilər. Yəni bu, ABŞ-ın dövlət siyasəti əleyhinə yönəlmiş kifayət qədər güclü, danılmaz arqumentə və silaha çevriləcək.

Başqa tərəfdən, ABŞ sünni-şiə qarşıdurması fonunda bu planını reallaşdırmaqla, Rusiyanın, xüsusilə, şiə və şiəmeyilli müttəfiqlərini siyasi arenadan çıxdaş etməyi düşünürdü. Bunun üçün isə məzhəblərarası savaşın siyasi maraqlarda istifadəsi ABŞ-a hava və su kimi lazımıydı. Misal kimi İraqdakı məzhəb savaşını, Suriyada eyni halı, Yəməndə şiə husilərə qarşı müharibəni, Bəhreyndə də bənzər baş verən hadisələri incələdikcə, həmin hadisələrin arxasından, məhz Amerika siyasəti izinin göründüyünü deyə bilərik. Əbəs yerə deyil ki, Əbu Bəkr əl-Bağdadinin amerikalı senator Makkeynlə yayılan fotoları bu gün də internet resurslarında qalmaqda davam edir. Bu isə, Hillari Klintonun etirafının sübutu kimi dəyərləndirilə bilər.

Beləliklə, fakt budur ki, əgər Əbu Bəkr əl-Bağdadinin həbsi həqiqəti əks etdirirsə, bu faktor ABŞ-ın siyasi cəhətdən dalana dirənməsi kimi nəticələnər. O cümlədən, Rusiya uzun müddətdir ki, öz hərbi-siyasi balansına qazandıra bilmədiyi üstünlüyü, qısa zamanda əldə edər. Ən azından, terrorbaşını insan haqları məhkəməsinə təhvil verməklə, yaxud da ona ölüm hökmü çıxarmaqla...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər