PDF Oxu

Sosial

  • 1 220

Nizami rayonunun şahmat üzrə çempionları müəyyənləşdi

Nizami rayonunun şahmat üzrə çempionları müəyyənləşdi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şahmat üzrə yarış keçirilib

Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə şahmat üzrə yarış keçirilib.

Yarışda hər birinin heyətində 5 nəfər olan 24 komanda iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunmuş çempionatın qalibi 238 saylı orta məktəbin kollektivi olub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, 220 və 251 saylı orta məktəblər tutub.

Yarış başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 61 saylı orta məktəbin direktoru, rayon təçkilatının şura üzvü Zemfira Şıxəliyeva, 277 saylı orta məktəbin direktoru Nigar Hüseynova və başqaları Azərbaycanda idmana olan dövlət qayğısından söz açıblar. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.

Rəfiqə

Digər xəbərlər