Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin təşkil etdiyi aprel döyüşlərinə həsr olunmuş "Qələbədən-qələbəyə" adlı atıcılıq turnirinin bağlanış və fınal mərasimi keçirilib.
Turnirin açılışında çıxış edən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin sədri Şahvələd Əliyev yarış iştirakçılarını salamlayaraq, YAP gəncləri arasında təşkil olunan atıcılıq tumirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin silahlı qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə işğal altında olan rayonlarımızda da keçiriləcəyini əminliklə bildirib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması, onların döyüşə hazırlıq keyfıyyətlərinin və psixoloji dözümlülüklərinin yoxlanılması və güllə atıcılığına marağın artırılmasının vacibliyini qeyd edərək, fınal iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra iştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırılmış və atıcılıq turnirinin fınalına start verilmişdir. Keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 3 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 8 komanda yarımfinala vəsiqə qazanmış, daha sonra 5 komanda fınal yarışında iştirak edərək, turnirin qalibləri müəyyən olunmuşdır. Turnirin sonunda I, II və III yerlərin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Samir