PDF Oxu

Sosial

  • 1 504

Erməni yalanları ifşa olunur

Erməni yalanları ifşa olunur

Dünən Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində "Erməni soyqırımı" - real tarix, yaxud tarixin yalanı" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, keçirilən konfransın məqsədi "erməni soyqırımı" ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində, soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin, ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Türkiyənin "Tələt Paşa" Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç "1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavab və bu sahədə Azərbaycan-Türkiyə əlaqələrinin önəmi" mövzusunda məruzə ilə çıxış edərək, rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Samir

Digər xəbərlər