PDF Oxu

Sosial

  • 1 098

"Heydər Əliyev irsi və islam həmrəyliyi"

"Heydər Əliyev irsi və islam həmrəyliyi"

Bu mövzuda Tərtərdə dəyirmi masa keçirilib

Dünən YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev irsi və islam həmrəyliyi" mövzusunda dəyirmi masa keçirilib. Rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Tərtər rayon təşkilatının, təhsil və mədəniyyət sahələrində çalışan bir qrup fəal gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatı qadınlar şurasının üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açaraq, "Heydər Əliyev irsi və islam həmrəyliyi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında çıxış edən Sarıcalı kənd tam orta məktəbinin müəllimi Vəsilə Mehdiyeva, Uşaq Yaradıcılıq Mərkəzinin müəllimi Sənubər İsmayılova, rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri İntiqam Nuruyev, şəhər 5 saylı tam orta məktəbinin müəllimi Nigar Vəliyeva və başqaları Ümummilli Lider Heydər Əliyevin islam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, islam dininin sülhsevər bir din olaraq dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən, bu gün ölkəmizdə keçirilməsi nəzərdə tutulan İslam Həmrəyliyi Oyunlarının bütün dünyaya bir mesaj olmasından danışıblar.

Samir

Digər xəbərlər