PDF Oxu

Sosial

  • 1 380

YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir

YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının X konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə, İmişli rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Konfrans öz işinə başladıqdan sonra YAP İmişli rayon təşkilatının sədri Səfa Agayev hesabat məruzəsi ilə çıxış edərək, partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib: "Rayon təşkilatı öz sıralarını daim genişləndirir. YAP İmişli rayon təşkilatı 89 ərazi ilk partiya təşkilatını özündə birləşdirir və üzvülərinin sayı 8500 nəfərdən çoxdur. Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sıralarına 1562 nəfər üzv qəbul olunub və bunların 964-ü gənc, 1058-i isə qadındır. Yeni qəbul olunan partiya üzvlərindən 978 nəfəri ali təhsilli, 1160 nəfəri orta ixtisas təhsilli, 358 nəfəri isə orta təhsillidir. Partiyamızın rayon fəalları ölkəmizdə keçirilən bütün siyasi tədbirlərdə, prezident, parlament, bələdiyyə seçkilərində və referendumda fəal iştirak edərək, ölkəmizin xoş sabahı naminə öz yüksək etimadlarını bildiriblər".

Konfransda məruzə ətrafında çıxış edənlər bildirliblər ki, YAP bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində fəaliyyətini davam etdirəcək. YAP İmişli rayon təşkilatı Ulu Öndərin zəngin idaeyalarını daim rəhbər tutaraq, bundan sonra da üzərlərinə düşən işin öhdəsindən şərəflə gələcək, ölkəmizin xoş sahabı, xalqımızın firəvan həyatı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək. Çıxış edənlər YAP İmişli rayon təşkilatının X konfransına qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda təşkilati məsələlərə baxılıb. Səfa Ağayev yenidən YAP İmişli rayon təşkilatının sədri seçilib.

Konfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

Konfransda "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək, ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının xalqın, dövlətin maraqlarının təmin olunması yönümündə fəaliyyətindən bəhs edib: "Yarandığı ilk gündən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Partiya sıralarında gənclərin və qadınların sayında artımın olması təqdirəlayiq haldır. Onların fəaliyyəti layiqincə qiymətləndirilir. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və bundan sonra da bu fəaliyyət davam edəcək".

Sonda İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, rayon təşkilatının gördüyü işlərdən danışıb və partiya sıralarına yeni qoşulan gənclərə YAP-ın üzvlük vəsiqələrini təqdim edib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər