PDF Oxu

Sosial

  • 1 332

Böyük insan, unudulmaz alim Zərifə xanım Əliyeva

Böyük insan, unudulmaz alim Zərifə xanım Əliyeva

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiayasının Qaradağ rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. İlk olaraq, tədbir iştirakçıları Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyevanın ruhunu bir dəqiqəlik süküutla yad ediblər. Daha sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiayasının Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrdən, zəngin və əhatəli həyat yolundan bəhs edib. Bildirib ki, Zərifə xanım Əliyeva istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş tədqiqat işləri aparmış, dəyrəli elmi-tədqiqat əsərləri yazmışdır: "Tibb elmindəki xidmətlərinə görə, Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür".

A.Hüseynov çıxışında onu da bildirib ki, zəngin və geniş elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva, eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur: "Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə Ona dayaq olub, dəstəkləyib. Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermiş Zərifə xanım Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. O byük insan, unudulmaz alim daim Azərbaycan xalqının qəlbində yaşayacaq".

Tədbirdə Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, Gigeyna və Epidemologiya Mərkəzinin şöbə müdiri Ofelya Manafova, 139 saylı tam orta məktəbin direktor müavini Marina Hüseynova və digərləri çıxış edərək, tibb elmində ən böyük zirvələri fəth etmiş akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyətindən, yüksək ixtisaslı gənc elmi kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasında göstərdiyi böyük və unudulmayacaq xidmətlərindən bəhs etmişlər.

Rövşən

Digər xəbərlər