PDF Oxu

Sosial

  • 1 551

Dövlət Sərhəd Xidməti Aparatında mühüm görüş

Dövlət Sərhəd Xidməti Aparatında mühüm görüş

Azərbaycan DSX-si və Türkiyə Respublikasının Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələr inkişaf edir

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2017-ci ilin 27 aprel tarixində Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikası Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "SƏS"-ə daxil olan məlumata görə, görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafı, xüsusilə vurğulanmış, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Söhbət əsnasında Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuşdur. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Görüş zamanı tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçirilib.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər