PDF Oxu

Sosial

  • 1 348

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın əldə etdiyi ən böyük uğurdur və daimi yüksəlis mərhələsidir!

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın əldə etdiyi ən böyük uğurdur və daimi yüksəlis mərhələsidir!

YAP Yevlax rayon təşkilatının IX konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. Sonra konfrans iştirakçıları Ulu Öndərin adını daşıyan Saraya gələrək, foyedə YAP Yevlax rayon təşkilatının fəaliyyətini əks etdirən vidioçarxa tamaşa edib, konfrans materialları ilə tanış olublar.

Konfrans öz işini akt zalında davam etdirib. YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov konfrans nümayəndələrinin tərkibi haqqında məlumat verib və Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Daha sonra

YAP Yevlax rayon təşkilatının Sədri İlham Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib: "Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq, böyük siyasi qüvvəyə çevrilmişdir". Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün partiyanın nüfuzu daha da yüksəlir çünki bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".

Sonra nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənilib. Təşkilatın işində yol verilmiş nöqsan və çatışmazlıqlara obyektivliklə qiymət verilib.

Məruzələrdən sonra hər iki hesabatlar ətrafında çıxışlara yer verilib.

Konfransda YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının aparat rəhbəri Əli Quliyev və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılanan əlamətdar bir hadisə olduğunu bildiriblər: "Təşkilatımızda gedən sürətli inkişaf bütün sahələrdə özünü fərqliliyi ilə seçilir və diqqət mərkəzindədir. Gənclərin sıralarımıza həvəslə qoşulması, onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməsi yevlaxlıların partiyamıza və onun Sədri İlham Əliyevə birmənalı şəkildə məhəbbətinin və sədaqətinin bariz nümunəsidir".

Çıxışlardan sonra təşkilatı məsələyə baxılaraq, 47 nəfərdən ibarət yeni şura uzvu, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. İlham Məmmədov yenidən səs çoxluğu ilə YAP Yevlax rayon təşkilatının sədri, Əli Quliyev, Vahid Quliyev, Elnarə Məmmədova YAP Yevlax rayon təşkilatının sədr müavinləri seçiliblər.

Sonda YAP Siyasi Surasinin üzvü Firdovsi Əliyev çıxış edərək, yevlaxlı YAP üzvlərinə işlərində uğurlar arzuladı və təskilatın işinə müsbət qiymət verib.

Yekunda konfrans istirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Afət TAHİRQIZI

Digər xəbərlər