PDF Oxu

Sosial

  • 2 372

"Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan"

"Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan"

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə konfrans keçirilib

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirin davamı olaraq, növbəti konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə mərkəzdə "Zərifə Əliyeva - böyük filosof, gözəl pedaqoq, qayğıkeş insan" mövzusunda keçirilib.

Konfrans iştirakçıları əvvəlcə, Zərifə xanım Əliyevanın Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edəndən sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllər düzüb, sonra kitab sərgisinə baxıblar.

Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirilib. Konfrans iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə baxdıqdan sonra rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov konfransı açaraq, qeyd edib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran Onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördüyü böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir.

Konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli qeyd edib ki, akademik Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alimdir.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev-Qəlbinur Zərifə xanım Əliyevanın cismən aramızda olmasa da, hər birimizin onu sonsuz hörmət və məhəbbətlə xatırladığını diqqətə çatdırıb. Qeyd edib ki, O, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya məktəbinə dəyərli töhfələr verdiyini, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərdiyini diqqətə çəkib. O, vurğulayıb ki, Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən, Onun biliyində və savadında, digər tərəfdən, simasındakı nur, xasiyyətindəki təmkin və nəciblikdə özünü göstərirdi.

Məruzə ətrafında Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva, Milli Məclisin deputatı Ağacan Abiyev çıxış ediblər.

Tədbirin sonunda da Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyliyə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.

ZÜMRÜD

Digər xəbərlər