PDF Oxu

Sosial

  • 1 351

Goranboyda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Goranboyda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Dünən YAP Goranboy rayon təşkilatının və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq , akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. Çıxış edən oftalmoloq Yeganə Həsənova , YAP Goronboy rayon təşkilatının qadınlar şurasının sədri Zülfiyyə Qarayeva , rayon qadınlar şurasının sədri Səidə Məmmədova, rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov və digərləri bildirdilər ki, bütün həyatını, elmi və pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli problemlərinə həsr edən Zərifə xanım gənc həkimlərin, oftalmoloq alimlərin yetişdirilməsində xüsusi xidmətləri olub. Adı ilə bağlı məktəb yaradan Zərifə xanım Əliyeva 1983-cü ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Əmək veteranı medalına, Qırmızı Əmək Bayrağı ordeninə və Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb. Onun ən böyük mükafatını isə Tanrı özü vermişdir. Zərifə xanım çoxşaxəli ictimai fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan qadını, bir ailənin xanımı idi.

Bütün duyğuları, sevgiləri ilə əsl Şərq, türk və Azərbaycan qadını olduğunu dönə-dönə vurğuladılar.

Tədbirin sonunda bir qrup gənc həkimlərə yeni üzvlük vəsiqəsi təqdim edildi.

RÖVŞƏN

Digər xəbərlər