Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov böyük alim və akademik Zərifə xanım Əliyevanın misilsiz xidmətlərindən danışıb: "Zərifə xanımın fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi".
H.Mirələmov çıxışında onu da bildirdi ki, görkəmli oftalmoloq-alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanıdır: "Homerin "İliada" əsərində deyilir ki, bir yaxşı həkimin həyatı yüzlərlə və minlərlə insanın həyatına bərabərdir. Zərifə xanım Əlieyav elə bir həkim idi ki, bütün həyatını tibb elminə, xalqımızın sağlam yaşamasına və elmimizin inkişfına sərf etdi".
Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, 9 saylı poliklinikanın baş həkimi Aida Hüseynzadə, Zığ Sağlamlıq Mərkəzinin terapevti Nuranə İsabalayeva çıxış edərək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıblar.
Daha sonra YAP Xətai rayon təşkilatının yeni üzvlərinə partiya biletləri təqdim olunub. Sonda "Zəkalar" Liseyinin hazırladığı ədəbi-bəddi kompozisiya nümayiş olunub.
Samir