PDF Oxu

Sosial

  • 1 297

Qusarda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olunub

Qusarda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 94-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin Azərbaycanın tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini qeyd edib: "Yüksək intellektə, geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik Zərifə xanım Əliyevanın əsərləri bu gün də aktualdır. Görkəmli alimin ideyaları, elmi nailiyyətləri, nəinki Azərbaycana, eləcə də, dünya tibb elminin inkişafına öz töhfələrini verməkdədir. Zərifə xanım Əliyevanın yüksək səviyyəli elmi-təcrübi irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir".

Tədbirdə YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Qlıçova və Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Aybəniz Həsənova çıxış edərək, Zərifə xanım Əliyevanın fəaliyyətinin çox zəngin və əhatəli olduğunu qeyd edərək, istedadlı alim kimi oftalmologiyanın aktual mövzusuna həsr edilmiş çoxprofilli tədqiqatlar apardığını və dəyərli elmi-tədqiqat işləri yazdığını söyləyiblər.

Tədbirin sonunda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən hazırlanmış xronoloji film nümayiş olunub.

NƏZAKƏT

Digər xəbərlər