YAP Yasamal rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi tarixi xidmətlərdən və Onun bütün bəşəriyyətə verdiyi töhfələrdən danışıb. Hələ sovet dövründə Azərbaycan xalqının milli şüur hisslərinin bərpasında və formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev həmin vaxt yeganə şəxsiyyət idi ki, Azərbaycanın müstəqil dövlət olacağını, xalqımızın müstəqilliyə qovuşacağını bilirdi. Buna görə də, Onun atdığı bütün addımlar xalqımızın milli şüur hissinin oyanmasında, formalaşmasına, elmimizin və mədəniyyətimizin inkişafına xidmət edirdi".
Tağı Əhmədov çıxışında onu da bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev ölkəmizdə dəfələrlə qırğınların qarşısını alıb. Dəfələrlə Ona sui-qəsdlər təşkil olunub. Ancaq heç vaxt Ulu Öndəri yolundan döndərmək mümkün olmayıb. Hər bir azərbaycanlı Heydər Əliyev irsini öyrənməli, onun həyat və fəaliyyəti haqqında ətraflı bilgilər əldə etməlidir ki, dövlətimizə, dövlətçiliyimizə daha mükəmməl şəkildə xidmət edə bilsinlər. Xalqa, dövlətə kömək etmək üçün, mütləq Ulu Öndər Heydər Əliyev məktəbini öyrənmək lazmdır.
Tədbirdə YAP Yasamal rayon təşkilatının yeni üzvlərinə partiya vəsiqələri təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.
Samir