PDF Oxu

Sosial

  • 1 433

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyev anılıb

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyev anılıb

Dünən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin böyük dövlət xadimi kimi dövlətimizin mənafeyi naminə atdığı əvəzolunmaz addımlardan danışıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli Ümummilli Lider Heydər Əliyevin bütün dünyada böyük nüfuz sahibi olduğunu bildirib: "Ulu Öndər Heydər Əliyev tarixin ən böyük dövlət xadimlərindən biridir. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri o qədər böyükdür ki, günlərlə danışmaq olar. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə yeni mərhələyə qədəm qoyduq. Uzun əsrlər boyu torpaqlarımızda gözü olan ermənilər Ulu Öndərimizin Azərbaycana rəhbərlik etməsindən dərin məyus idilər. Çünki ermənilər, bütün mənfur planları məhz Ulu Öndər Heydər Əliyev tərəfindən məhv edildi. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində gördük ki, xalq öz xilaskarını heç vaxt unutmur. Ən çətin zamanda Ulu Öndərimiz Azərbaycana gəldi, dövlətimizin yeni təməl prinsiplərini yaratdı. Əgər Ulu Öndər Heydər Əliyev olmasaydı, digər rayonlarımız da işğal olunacaqdı. Onun xalqın istəyi ilə Azərbaycana gəlməsi düşmənlərimizin də mərkli niyyətlərini ürəyində qoydu".

Samir

Digər xəbərlər