PDF Oxu

Sosial

  • 1 283

YAP Yevlax rayon təşkilatı "Heydər Əliyev 94" devizi altında tədbirlərə start verib

image

Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Gəncliyi" adlı elmi-praktik konfrans təşkil olunub.

Tədbir İştirkçıları əvvəlcə Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Önərin büstü önünə gül dəstələri qoyub, Onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra gənclər konfrans zalında Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında söylədiyi fikirlər və bununla bağlı filimlərdən ibarət vidio-çarxı izləyiblər. Tədbiri YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq, tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verib. O bildirib ki, Dahi Öndər Heydər Əliyev siyasətinin gənclər tərəfindən öyrənilməsi YAP Yevlax şəhər təşkilatının qarşıya qoyduğu ən böyük prioritet məsələsidir. Çünki sağlam gənclik yalnız sağlam siyasi əqidə və uğurlu yolla inkişaf edə bilər.

Sonra Gənclər və İdman İdarəsinin məsləhəçisi Rafiq Məmmədov "Heydər Əliyev və Azərbaycan gəncliyi " mövzusunda geniş məruzə edib.

Tədbirdə çıxış edənlər Fərid Qasımov, Şəfaqət İsmayılova, YAP Yevlax şəhər təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova və digərləri çıxış edərək, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir ölkə vətəndaşının, xüsusən də, gənclərin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Sonda partiya sıralarına yeni qoşulmuş bir qurup gənc mədəniyyət işçilərinə partiya üzvlük vəsiqələri təqdim edilib.

RÖVŞƏN

Digər xəbərlər