Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinə 40 ildən artıq bir dövrünü xidmət etmişdir. Bu baxımdan Onun fəaliyyəti xalq üçün həmişə örnək olmuşdur.
Ulu Öndər Heydər Əliyev dühasının ölkə həyatındakı gerçəkliyini öyrənmək və gəncləri bu ruhda tərbiyə etmək biz müəllimlərin ən vacib məsələlərindən biri olmalıdır. Dahi Öndər Heydər Əliyev elə bir şəxsiyyətdir ki, tərbiyənin tərkib hissələri Onun fəaliyyətində öz parlaq əksini tapıb, şəxsiyyətində maddiləşib.
Ulu Öndər Heydər Əliyev gəncliyə, gələcəyə olan qayğısı "sönməz çıraq", əsl mənəvi tərbiyədir. Müasir gənclik bu çırağın işıqlı yoluyla irəliyə doğru addımlamalıdı. Azərbaycan öz milli-fiziki qüdrətini mötəbər beynəlxalq yarışlarda, görüşlərdə dünyaya nümayiş etdirir, nümunə göstərir. Bu gün Ulu Öndər Heydər Əliyevin fədakar əməyinin rolunu Onun davamçısı Prezident İlham Əliyev şəxsiyyəti sayəsində formalaşır. Azərbaycan xalqının incisi sayılan folklor xəzinəsi, tarixi abidələri, ümumilikdə mədəniyyəti, ədəbiyyatı, maarifi, incəsənəti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə diqqət mərkəzində olmuş, qorunmuş və inkişaf etdirilmişdir. Azərbaycan dilinin qüdrətli bir dil səviyyəsinə qalxması, dövlət dili olması, Ulu Öndər Heydər Əliyevin şəxsi əməyinin nəticəsidir. Əgər bir millətin dili yoxdursa, onun mədəniyyəti də, milliyi də yox olur. Bu ali keyfiyyətlər Ulu Öndər Heydər Əliyev şəxsiyyətini tamamlamışdır.
O zaman Azərbaycanda təhsil sistemi dağılmaq təhlükəsi qarşısında idi. Hətta Milli Elmlər Akademiyasının bağlanması fikri ortaya atılmışdı. təhsildə, elmdə bu cür tənəzzülün qarşısını yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alındı.
Azərbaycan həqiqətləri bu gün dünya arenasında eşidilirsə, Avropa Şurasında mövqeyi görünürsə, bu, Azərbaycanın ideologiyası, onun milli konsepsiyasıdır. Söz yox ki, rəy müxtəlifliyi, fikir ayrılıqları, demokratik cəmiyyətdə təbiidir. Dərindən düşünmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti, məhz ümummilli mənafe təməli üzərində qurulmuşdu.
Aydındır ki, bədnam qonşular - ermənilər elan olunmamış müharibə çoxlu faciələr törətmişdir. Bu müharibə hələ başa çatmayıb. İşğal olunmuş torpaqlarımız yalnız müharibə yolu ilə azad ola bilər. Bu müharibədə atəşkəsə nail olunub. Azərbaycan həqiqətlərini informasiya blokadasından çıxararaq beynəlxalq qurumlara çatdırmaq, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin, Onun əməyinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev varlığını, təfəkkürünü Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr etmişdir. Azərbaycan xalqının hər bir vətəndaşı bunu bilməli, görməli və yüksək qiymətləndirməyi bacarmalıdır.
Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir ki, "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram". Özünün xalqına, vətənə bağlılığını ifadə edən hikmətamiz sözlər dahi şəxsiyyətin xalqa olan sevgisidir. Elə buna görə də, bu gün yetişməkdə olan gənc nəsil bu ruhda, xüsusən, ideya-siyasi tərbiyə ruhunda, Dahi Öndər Heydər Əliyevin ideologiyasını dərindən öyrənməklə tərbiyə olunmalıdır.
Ümummilli Liderimizin göz bəbəyi kimi qoruduğu xalqı tərəfindən sevilib-sevilir və daim seviləcəkdir. O, xalqı və dövləti öz siyasi varisinə tapşırdı.
Prezidentimiz İlham Əliyev şərəflə atası Heydər Əliyevin ideyalarını həyata keçirməkdə davam edir. Gündən-günə çiçəklənən Azərbaycanın bu yüksəlişi ilə xalq fəxr edir. Bu müasirliyin səbəbkarı Prezidentimiz İlham Əliyevdir. Allah daima Onu bəd nəzərlərdən qorusun...
2017-ci il mayın 10-da Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Xalq öz dahi rəhbərinin ildönümünü böyük fərəh hissi ilə qeyd edir. O, daim bizimlədir!
Ofelya Mürsəlova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika kafedrasının baş müəllimi