Ağdamda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə geniş ümumrayon tədbiri keçirilib
Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Ağdam rayon icra hakimiyyəti və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonunun Quzanlı qəsəbəsində geniş ümumrayon tədbiri keçirilib.
Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan danışıb.
Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Ümummilli Liderin zəngin dövlətçilik fəaliyyətinə nəzər salan rayon təşkilatının sədri bildirib ki, cəmiyyət həyatının bütün sahələrində Onun rəhbərliyi ilə köklü islahatlar həyata keçirilib: "Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi sahəsində Ulu Öndərin misilsiz xidmətləri olmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, bir həqiqətdir ki, Azərbaycan dinamik inkişaf yolundadır".
ZÜMRÜD