Erməni prezident bunu gizlətmək üçün Azərbaycana qarşı təxribatlara əl atır
Son günlər cəbhə boyu təmas xəttində erməni silahlı birləşmələrinin yeni təxribatlara əl atmaları, nəticədə Azərbaycan Ordusu tərəfindən susdurulmaları Ermənistanın ictimai rəyində qorxu və vahiməyə səbəb olmaqdadır. Daha dəqiq desək, hələ ötən ilin aprelində baş verən və ərazilərimizin bir hissəsinin geriyə qaytarılması ilə nəticələnən dördgünlük müharibədən sonra işğalçı qüvvələrin bu və ya digər şəkildə öz məğlubiyyətlərini xalqdan gizlətmək cəhdləri də nəticəsiz qaldı.
Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyanın yenə də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi, bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti silahlı birləşmələrin rəhbərliyinə özü "xüsusi" tapşırıq verib. Səbəb də ölkə daxilində ona qarşı çox güclü bloklar yaradılmasıdırsa, digər səbəb isə sərhəddə keçirilən monitorinqə, deyildiyinə görə, guya Azərbaycan tərəfi ATƏT-in missiyasını təmas xəttinə çıxarmayıb. Digər bir tərəfdən isə, ermənilər tərəfindən Azərbaycana qarşı iftiraların atılması heç də təəccüblü hadisə deyil. İşğalçı ölkə çox yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir və döyüş qabiliyyəti yüksəkdir. Ordumuz, nəinki hansısa təxribatlara cavab verməyə, daha genişmiqyaslı döyüşlərə də hazırdır və Müdafiə Nazirliyi də hər gün işğalçı ölkəyə xəbərdarlıq edərək bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq. Təxribat törətdiyinə görə isə, Ermənistan yenə də peşman olacaq, aprel döyüşlərində olduğu kimi. Ancaq işğalçı ölkəni idarə edən hərbi rejim isə birmənalı tərzdə başa düşməlidir ki, onun işğal etdiyi və üzərində oturduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibinin iradəsi burada əsas rol oynamalıdır. Ermənistan əhalisi də bunu duymalıdır ki, işğalçılıq siyasətinin sonu yoxdur. Çünki güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər.
Beləliklə, erməni ekspertlərinin sözlərinə görə, işğalçı ölkədə baş verən məğlubiyyətlərdə, məhz Sarkisyan iqtidarının yürütdüyü naşı xarici siyasi diplomatiya və s. amillərdir ki, bütün hallarda, baş verməsi qaçılmaz görünən növbəti müharibədə də olacaq itkilərə görə də cavabdehliyi Sarkisyan hakimiyyəti və onun xarici siyasəti daşıyacaq.
Erməni KİV-ləri: "...Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir"
Göründüyü kimi, Ermənistan prezidentinin bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəyini bəri başdan söyləmək olar. Erməni analitikləri bildirir ki, burada əsas təqsirkar mövcud hakimiyyətdir: "Ermənistanda hakimiyyəti ələ keçirmiş qrup, yaxud klan mövcuddur. Onlar ictimai rəyə təsir edərək, müharibə məsələsində total şəkildə yalan danışır və yalançı sevinc hissləri yaradaq müharibə məsələlərinin dövlətin yurisdiksiyasında, cavabdehliyində olduğunu aşılayır. Həqiqətdə isə, əziyyət çəkən yenə də xalqdır".
Göründüyü kimi, fakt budur ki, erməni xalqı, eləcə də işğal altında yaşayan və de-yure Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri artıq Sarkisyan rejimi tərəfindən qanlarının sovrulmasını istəmirlər, bunu açıq-aydın şəkildə etiraf edirlər. Əəgər Sarkisyan hələ də eyni siyasəti yürüdəcəyini düşünərək, uzun müddət Ermənistanın prezidenti kimi qalacağını hesab edirsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqi nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərsi verməyin vaxtı çatıb.
Beləliklə, erməni xalqı Ermənistanın faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdan, korrupsioner rəhbərlikdən öz canını qurtarmaq üçün may ayının sonunda keçiriləcək izdihamlı mitinqdə aksiya iştirakçıları Sarkisyanın istefasında israrlı olmalıdır. Əks-təqdirdə, 2017-ci ildə də Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
A.SƏMƏDOVA