PDF Oxu

Sosial

  • 1 560

Həmrəyliyimiz mübarək olsun!

Həmrəyliyimiz mübarək olsun!

Tarix boyu insanların dostluq, qardaşlıq və sevgi içərisində yaşadığı bu torpaqlarda bütün islam çoğrafiyasından olan insanların həmrəylik üçün bir araya gəlməsi heç də təsadüfi bir hal deyil. Öz müstəqilliyini qazandıqdan sonra təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu yüksək inkişaf startegiyasına uyğun olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq arenadakı nüfuzu və düzgün idarəçilik siyasəti nəticəsində günü-gündən bütün sahələrdə durmadan inkişaf edən Azərbaycan, bu gün bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Gözəl Bakımız artıq bir neçə əlamətdar idman yarışlarına, beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycan insanın qonaqpərvərliyi, təbiətinin füsünkarlığı, tarixi mirasının zənginliyi bu torpaqları ziyarət edən qonaqları valeh etmişdir. Qloballaşan dünyada Azərbaycan özünəməxsus yeri dünya arenasında yüksək zirvələrdə tutmuşdur.

Azərbaycan eyni zamanda, islam dünyasının və müsəlman aləminin tarixi mirasına öz töhfəsini verməklə yanaşı bu dəyərli mirası qoruma missiyasını da tarix boyu yerinə yetirən ümdə məmləkətlərdən biri olmuşdur. Uzun müddət sovet imperiyasının tərkibində olmasına baxmyaraq, Azərbaycan öz dilini, dinini və milli kimliyini qorumağı bacarmışdır. Müstəqillik əldə edildikdən sonra tarixi məscidlər, mədrəsələr təmir edilmiş və 2000-dən artıq yeni məscid tikilərək, insanların istifadəsinə verilmişdir. Bununla yanaşı, islam mədəniyyətinə öz töhfəsini vermiş bir çox azərbaycanlı yazarın əsərləri bərpa edilmiş və yeni üslubda nəşr edilmişdir.

Bütün bunların fonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə sərəncamı da müsəlman ölkələri gənclərinin ali idman bayramının layiqincə keçirilməsini təmin etməyə yönəldilmişdir. Bu yarışların Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yüksək nailiyyətlərinin növbəti təntənəsinə çevriləcəyi heç kimdə şübhə doğurmurdu. Hamı əmin idi ki, Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın başçılıq etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi birinci Avropa Oyunlarında olduğu kimi, yenə də öz vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gələcək, oyunların iştirakçıları və qonaqları Bakıda əsl Azərbaycan qonaqpərvərliyi ilə əhatə olunacaq, onlar üçün hər cür şərait yaradılacaq və bütün ölkələrin nümayəndə heyətlərinin üzvləri Azərbaycan paytaxtında özlərini evdəki kimi hiss edəcəklər. Həqiqətən, bütün gözləntilər özünü doğrultdu. Azərbaycan bu böyük və məsuliyyətli işin də öhdəsindən layiqincə gələ bildi. Hətta idmançılarımız da qazandıqları medalların sayına görə qardaş Türkiyə ilə birlikdə liderlik siyahısına başçılıq etdilər.

IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində də bu ehtişamın şahidi olmamaq mümkün deyildi. 57 müsəlman dövlətinin komandaları bir-birinin ardınca sıralanaraq, əvəzedilməz mənzərəni canlandırırdı. İnsanlar fikirdə, düşüncədə həmrəy olduqlarının, birlik və bərabərliyin sevincini yaşayırdı. Bu mərasimdə Ümummilli Liderimiz Heydər Əliyevin bir millət, iki dövlət sözlərinin əhatə etdiyi dərin mənanın mənəvi yüksəlişinin bir daha şahidi olduq. Türkiyə Cumhuriyyəti komandasının arenaya dəvəti əsnasında açılış mərasimini izləyən hər kəs ayaq üstə öz sevgi və sayğılarını nümayiş etdirdi. İki qardaş dövlət arasındakı tarixi dostluq və qardaşlıq duyğularının bugünkü yeni nəsil tərəfindən də layiqincə dərk edildiyindən və əbədiyyətə qədər bu həmrəyliyin davamlı olacağına əmin olduq.

Ümid edirik ki, tarxi boyu həmrəyliyin, sevgi, dostluq, birlik və bərabərliyin məskəni olan Azərbaycan torpaqlarının heç bir insanlıq ləyaqətinə uyğun olmayan vəhşiliklə ermənilər tərəfindən işğal olunmuş əraziləri yaxın gələcəkdə işğaldan azad ediləcək, islam dünyasını, o cümlədən, dünyanı birləşdirən həmrəylik oyunları Qarabağ torpaqlarımızda keçiriləcək və həmrəyliyin rəmzi olan üçrəngli bayrağımız qədim torpaqlarımızda dalğalanacaq. Bir daha həmrəyliyimiz mübarək olsun!

Ahmet Tecim,

Gəncliyə Yardım Fondunun

prezidendi

Digər xəbərlər