PDF Oxu

Sosial

  • 3 064

Ermənistan reallığı - tənəzzül, deqradasiya və sosial-iqtisadi çöküş...

Ermənistan reallığı - tənəzzül, deqradasiya və sosial-iqtisadi çöküş...

Qlobal iqtisadiyyatda müşahidə olunan yeni tənəzzül meyilləri bir çox ölkələrə mənfi istiqamətdə təsirini getdikcə artırır. İqtisadiyyatı zəif olan, başqa dövlətlərin yardımları hesabına yaşayan ölkələr yaranmış durumdan daha çox əziyyət çəkir və bunun ən real nümunələrindən biri qismində Ermənistan çıxış edir. Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin Dövlət Statistika Komitəsi də böyük iqtisadi geriləmələr, yaşandığını etiraf edir və buna əsas səbəb kimi dünya iqtisadiyyatında yaşanan çətinliklər göstərilir.

İddia olunur ki, dünyada baş verən qlobal maliyyə böhranı üzündən Ermənistan iqtisadiyyatı son ayları kəsirlə başa vurub. Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin, pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını bahalaşması artırır.

Ermənistanda aqrar sektorda da böhran dərinləşir. Hətta iş o yerə çatıb ki, Ermənistanın Ararat vilayətinin üzümçüləri hələ iki ay əvvəl təhvil verdikləri üzümün pulunu ala bilmirlər və bu səbəbdən, onlar yerli hakimyyət orqanlarını yolu bağlamaqla təhdid edirlər.

Ermənistan hökumətinin nə şirkətə, nə də fermerlərə yardım etmək imkanı var

Ararat sakinləri yardım etmələri üçün hökumətə və prezident administrasiyasına müraciət ediblər. Tədarük şirkətinin direktoru da hökumətdən kömək gözlədiyini gizlətmir: "Əgər kredit verilərsə, mən çox az vaxtda borcumun heç olmasa 50 faizini ödəyəcəm. Ancaq bu, nə qubernatordan asılıdır, nə də məndən. Bu, daha yüksək instansiyaların verəcəyi dəstəkdən asılıdır". Lakin məsələ bundadır ki, Ermənistan hökumətinin nə şirkətə, nə də fermerlərə yardım etmək imkanı var. Vəziyyət getdikcə pisləşir".

Erməni ekspertlər də ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə pisləşdiyini, regionların layihələrdən kənarda qalmalarının bu duruma daha ciddi təsir göstərdiyini bəyan edirlər. Xüsusən də, "İpək yolu" üzrə iqtisadi zolağın yaradılması layihəsinin reallaşmağa başlaması burada böyük narahatlıq yaradıb. Ermənistanın həmin layihədən kənarda qalması bu ölkə üçün yenə mənfi nəticələr vəd edir. Erməni ekspert Naira Ayrumyan bu xüsusda deyir: "Artıq Çindən ilk qatar Gürcüstana daxil oldu. Qatar "İpək yolu" marşrutu çərçivəsində Qazaxıstandan, Xəzər dənizindən bərə vasitəsilə Azərbaycana keçərək, oradan Gürcüstana çatıb. Gürcüstanda yüklər Türkiyəyə və ya Qara dəniz vasitəsilə Avropaya daxil olur. Ermənistan belə qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır".

Erməni ekspertlər görə, ölkənin təcrid olunmasının əsas səbəblərindən biri yanlış xarici siyasətdir

"Bu, Azərbaycan və Türkiyə tərəfdən yürüdilən siyasət və bir də Rusiyanın Ermənistana münasibətdə izolyasiya siyasəti nəticəsində baş verir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması Rusiyaya imkan verdi ki, Gürcüstan vasitəsilə Ermənistanın Avropa İttifaqı ilə azad ticarət zonası yaratmasını əngəlləsin. Bundan əlavə, Ermənistan İranla da azad iqtisadi əlaqələr həyata keçirə bilmir. Bizim bütün nəqliyyat və kommunikasiya maraqlarımız Rusiyanın regionda öz təsirini itirməmək məsələsinə gedib dirənir. Qlobal meyillər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola biləcəyi halda, bu şansı da itirməkdədir" deyə erməni eksperti N.Ayrumyan bildirib.

Erməni ekspertlərə görə, ölkənin təcrid olunmasının əsas səbəblərindən biri yanlış xarici siyasətdir. Bütün bunlar nəticə etibarı ilə Ermənistan iqtisadiyyatında geriləmələrin miqyasını sürətlə genişləndirir və sosial gərginliyi artırır.

Afət TAHİRQIZI

Digər xəbərlər