PDF Oxu

Sosial

  • 3 756

Miqrantların sayı 1 milyona qədər yüksələcək PROQNOZ

Miqrantların sayı 1 milyona qədər yüksələcək PROQNOZ

Dağıdıcı iqlim dəyişikliyi 2100-cü ilə qədər Avropa Birliyi ölkələrinə gələn miqrantların sayının 1 milyona çatmasına səbəb olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun Kolumbiya Universitetinin alimləri bu qənaətə gəliblər.Kolumbiya Universitetindəki mütəxəssislər qrupunun rəhbəri Prof. Volfram Schlenkerin fikrincə, Avropada öz ölkəsindən qaçan insanların sayı kəskin şəkildə artacaq. Aparılan tədqiqata əsasən, iqlim dəyişikliyi quraqlıq, daşqın, qasırğa və küləyin səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Araşdırmalar göstərir ki, bu faktorlar əkinçilik fəaliyyətinə əhəmiyyətli dərəcədə maneə törədəcək, hətta planetin müxtəlif bölgələrində, o cümlədən Sahara və Asiyanın bəzi ölkələrində bu sahənin inkişaf etməsi qeyri-mümkün olacaq.Bu qlobal təsir Avropada da hiss olunacaq, lakin orada mövcud olacaq orta temperatur və müasir infrastruktur qitəni miqrantlar üçün daha cəlbedici yerə çevirəcək.Tədqiqatın müəllifləri 2000-2014-cü illərdə Avropa Birliyi ölkələrində sığınacaq istəyən vətəndaşların müraciətlərinə dair məlumatlara əsaslanaraq ildə sözügedən ölkələrə orta hesabla 350 min miqrantın gələcəyini proqnozlaşdırırlar.

sia.az

Digər xəbərlər