Akademik Həsən Əliyevin coğrafiya və torpaqşünaslıq elmləri sahəsində apardığı araşdırmalar indi də aktualdır.AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli təbiətşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar dekabrın 26-da keçirilən respublika elmi konfransında səslənib.Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, konfrans Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alimin xidmətlərindən bəhs edən akademik A.Əlizadə onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Diqqətə çatdırılıb ki, akademik Həsən Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib.AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyəti haqqında danışıb.Sonra ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Akademik H.Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzəsi dinlənilib.Konfrans məruzələrlə davam edib.
AZƏRTAC