Qaradağ rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilib.Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edənləri hər iki bayram münasibətilə təbrik edib, onlara ailə xoşbəxtliyi və əmin-amanlıq arzulayıb. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi sahəsində əvəzsiz xidmətləri olub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu milli mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyi vurğulanıb.Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu tərəfindən rayonunun 3800 aztəminatlı və imtiyazlı ailəsinə ərzaq yardımı verilib.Rayon ictimaiyyətinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
AZƏRTAC