PDF Oxu

Sosial

  • 6 025

NDU-da AESOP layihəsi

NDU-da AESOP layihəsi

Naxçıvan Dövlət Universitetində (NDU) akademik ombudsmanın təyinatına həsr olunmuş yığıncaq keçirilib. NDU-nun mətbuat şöbəsindən verilən məlumata görə, tədbirdə ali təhsil ocağının beynəlxalq layihələrdə iştirakından söz açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov AESOP (Advocacy Establishment for Students through Ombudsman Position) - “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi barədə məlumat verib. Rektor universitetdə ombudsman vəzifəsinin yaradılmasının Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addım olduğunu qeyd edib.Universitetin akademik ombudsman vəzifəsinə xarici tələbələrlə iş üzrə dekan, universitetin AESOP layihəsi üzrə işçi qrupunun üzvü, dosent Ceyran Quliyevanın namizədliyi irəli sürülüb. Səs çoxluğu ilə o, universitetin akademik ombudsman vəzifəsinə təyin olunub.Ceyran Quliyeva çıxış edərək bildirib ki, layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə - Polşa, Portuqaliya və İtaliya universitetlərində fəaliyyət göstərən ombudsman ofisləri, onların iş fəaliyyəti ilə tanış olublar. Həmçinin tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqqında da məlumat verilib.Qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə “Erasmus+” proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və “Şərq tərəfdaşlığı” ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Tərəfdaş ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. Üç il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanmasından və onların təhsillərini uğurla başa çatdırmasının dəstəklənməsindən ibarətdir.

sia.az

Digər xəbərlər