PDF Oxu

Sosial

  • 5 596

“Azərbaycan Gənclər Ölkəsidir” TƏDBİR

“Azərbaycan Gənclər Ölkəsidir” TƏDBİR

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Gənclər Ölkəsidir” adlı mədəni kütləvi tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, tələbələr, il ərzində müxtəlif uğurlar qazanan gənclər və digərləri iştirak ediblər.Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda gənclərə göstərilən dövlət qayğısının nümayiş etdirmək, eyni zamanda cari ilin uğurla başa vurulmasını qeyd etməkdir. Mədəni kütləvi tədbir gənclər üçün bayram tədbiri kimi qiymətləndirilə bilər.Tədbir çərçivəsində tələbə kartı əsasında lotoreya oyunu keçirilib. Qalib gələn gənclərə müxtəlif hədiyyələr təqdim olunub.

sia.az

Digər xəbərlər