PDF Oxu

Sosial

  • 4 337

İKT sahəsi günü-gündən inkişaf edir AÇIQLAMA

İKT sahəsi günü-gündən inkişaf edir AÇIQLAMA

“Ölkədə təhsilin informasiyalaşması sahəsində problemlər ciddiləşib və təəssüf ki ötən hər gün də bu sahədə problemlər yığılmaqda davam edir.İKT sahəsi elədir ki daim yenilənmə tələb edir.

Dünən klassik informatika vardısa bu gün artıq, süni intellekt, robototexnika, blokçeyn, BigData, əşyalarım interneti kimi trendlər üstünlük təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.Onun sözlərinə görə, təəssüf ki ölkənin təhsil sistemidə əvvəlki iki dövlət proqramı çərçivəsində görülən az-çox müəyyən işlər kompleks formada davam etdirilmədi: “Təbii ki bu, həm də vəsait çatışmazlığı ilə bağlıdır. 2012-ci ildən sonra Təhsildə İKT-nin tətbiqi ilə bağlı gözlənilən Dövlət Proqramının qəbul edilməməsi bu sahədə vəziyyəti xeyli pisləşdirib. Son zamanlarda Çin hökumətinin xətti ilə verilən müəyyən sayda noutbuklar isə düşünmürəm ki bütövlükdə informasiyalaşma ilə bağlı vəziyyəti ciddi sürətdə dəyişdirsin. Təhsilin Elektron idarəetməsi ilə bağlı Rumıniya hökumətindən alınan proqram təminatı da yenilənmədiyindən istifadəyə yarasız hala düşüb və yenisi də yoxdur.Ali təhsil sistemində TN-nin dəstəyi ilə NEURON tərəfindən bu tip sistemlərin hazırlanmasına start verilsə də məktəblərdə bu sahədə ciddi problemlər qalmaqdadır.Ən ciddi problemlərdən biri məktəblərin genişzolaqlı internetlə təminatıdır. Bürokratik əngəllər və vəsait çatışmazlığı ucbatından heç 50% məktəbdə genişzolaqlı internet yoxdur. 5000 məktəbdən cəmi 200 - 300 məktəbdə normal fiberoptik internetin olması TN ilə bərabər NRYT Nazirliyni də ciddi düşündürməlidir”.

sia.az

Digər xəbərlər