PDF Oxu

Sosial

  • 3 571

"Bu siyasət vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə yönəlib" AÇIQLAMA

"Bu siyasət vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə yönəlib" AÇIQLAMA

"Ölkəmizdə görülən bütün işlərin, iqtisadiyyatın inkişafı Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşmasına yönəlib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışına münasibət bildirərkən deyib.Qaçqın və məcburi köçkünlərin ölkəmizdə daim diqqət mərkəzində saxlandığını deyən deputat söyləyib ki, bu istiqamətdə atılan addımlar nəticəsində onların sosial müdafiəsini gücləndirib: " İndiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb. Bu il də inzibati binalarda, yataqxanalarda, yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcək. 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil şəraiti yaxşılaşdırılacaq".B. Əliyev söyləyib ki, Prezident İlham Əliyev konfransda çıxışı ilə ölkəmiz üçün prioritet istiqamətlərin nədən ibarət olduğunu bir daha qeyt etmiş oldu: " Dövlət başçısı ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğuladı. Bütün bunlar onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir".B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında prioritet istiqamətləri bir daha qeyd etdi, ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğuladı.

sia.az

Digər xəbərlər