“Bu gün Azərbaycan müstəqil, möhkəm, güclü bir dövlətdir. Azərbaycan gəncliyi günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşıb. Birmənalı olaraq müasir gənclərimizin formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin banisi olduğu, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub: “Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.Ölkədə birbaşa gənclərlə iş sahəsində əlaqələndirici dövlət qurumu - Gənclər və İdman Nazirliyinin mövcud olması, gənclər və gənclər təşkilatlarının təklifləri əsasında formalaşdırılan “Azərbaycan Gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması və nazirlik tərəfindən, əlaqələndirici qurum olaraq, proqramın uğurla icrası və bunun nəticəsi olaraq “Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər təşkilatları fəaliyyətlərini genişləndirərək ölkəmizin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Son illərdə xüsusi fəallığı ilə seçilən belə qurumlardan biri də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır. Möhkəm və dayanıqlı bünövrə üzərində qurulan bu platforma ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, dövlət qurumları ilə etibarlı tərəfdaşlıq əlaqələri qurmağa, beynəlxalq gənclər platformaları ilə əməkdaşlığı formalaşdırmağa davam etdirir.Təbii ki, Milli Şuranın 22 illik təcrübəsinə əsaslanır və üzv təşkilatların dəstəyi və fəal iştirakı, dövlətimizin dəstəyi olmadan mümkün olmazdı. Milli Şura 2020-ci ilə qədər yeni iqtisadi və sosial reallıqları nəzərə alaraq əvvəlki illərə nisbətən həm ölkə daxilində, həm ölkə xaricində fəaliyyətini genişləndirərək Azərbaycan dövlətinin etibarlı tərəfdaşı kimi ölkənin aparıcı və ən böyük gənclər platforması olaraq qalmağı özünün strateji baxışı olaraq müəyyən edib.Bu gün gənclər dövlətimizin ətrafında sıx birləşərək, ölkəmizin daha yaxşı gələcəyi üçün əməyini əsirgəməməyə hazırdır. Təmin etməyə hazırıq ki, bizdən sonra gələn nəsildə bu gün cənab Prezident tərəfindən aparılan siyasətin bəhrələrini görsün”.
sia.az