Sosial

  • 4 964

"Azərbaycan alimləri diasporu” informasiya sistemi hazırlanır

image

AMEA İnformasiya Texnologiyalar İnstitutunda “Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılır. İnstitutdan SİA-ya verilən xəbərə görə, informasiya sistemində bu günədək xaricdə yaşayıb fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumat toplanılıb emal edilərək sayta yerləşdirilib. Alimlər haqqında məlumatlar Diasporla iş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə edilib.Sayt “Ana səhifə”, “Haqqımızda”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək saytda dörd göstərici üzrə axtarış imkanı yaradılıb. “Statistik göstəricilər” bölməsində xaricdə yaşayıb fəaliyyət göstərən alimlərin ölkələr, elm sahələri və cinsi mənsubiyyət üzrə statistikası təqdim olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.Qeyd edək ki, AMEA Rəyasət Heyəti “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənməsi haqqında qərar qəbul edib. Bu qərarın icrası İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

sia.az

Digər xəbərlər