“Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Prezident İlham Əliyev və Birinci vitse-prezidentin bir qrup şəhid ailəsi ilə görüşü xatırladan komitə sədri vurğulayıb ki, ölkəmiz şəhid ailələrin, müharibə əlillərinə və digər aztəminatlı ailələrə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir: “Görüş bu kateqoriyadan olan insanlara qayğının göstəricisi olmaqla yanaşı, həm də cəmiyyətə şəhid ailələrinə hörmətlə yanaşmaqla bağlı mühüm mesajdır”.H. Rəcəbli qeyd edib ki, dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun.Ölkə rəhbərinin şəhid ailələrinə birdəfəlik ödəmə ilə bağlı imzaladığı son fərmana gəlincə isə komitə sədri vurğulayıb ki, yeni Fərmana əsasən əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə birdəfəlik ödəmə veriləcək.
sia.az