PDF Oxu

Sosial

  • 4 947

"I rübün yüksək göstəriciləri hər kəsin həyatında öz nəticəsini göstərir" AÇIQLAMA-ÖZƏL

"I rübün yüksək göstəriciləri hər kəsin həyatında öz nəticəsini göstərir" AÇIQLAMA-ÖZƏL

"Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycanın inkişafı durmadan artır. 2019-cu ilin I rübünün yüksək göstəriciləri təkcə statistika ilə deyil, eyni zamanda hər bir kəsin şəxsi həyatında öz nəticəsini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, ilin əvvəlindən başlayaraq əhalinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin, müavinətlərinin artması, sosial xarakterli bir neçə iri masştablı layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən vaxtaşırı verilən sərəncamların hamısı iqtisadi inkişafı, sosial vəziyyətin yaxşılaşmasına, insanların daha güvənli yaşamasına səbəb olur.A. Mirzəzadə söyləyib ki, Azərbaycan bu inkişafa öz daxili resursları və özünün imkanları hesabına əldə edir: “Xarici təcrübəni öyrənsək də, xarici mütəxəssisləri, ekspertləri dəvət etsək də, amma bununla belə ayrı-ayrı sahələrin inkişafı öz mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Bütün sahələr üzrə çox ciddi nəticələr var”.Azərbaycanda qeyri-neft sektorunun sürətlə artdığını deyən deputat qeyd edib ki, bunu həm paytaxtda, həm də regionlarda görmək olar: “ Bunu həm ənənəvi Azərbaycan iqtisadiyyatı, həm də ölkəmiz üçün yeni olan sahələrdə görmək mümkündür. Həmçinin Azərbaycanda beynəlxalq tədbirlərin vaxtaşırı keçiriləsi də, ölkəmizin həm siyasi nüfuzunu artırır, həm də iqtisadiyyatımızın cəlb ediciliyini yüksəldir. Heç bir şübhə yoxdur ki, ilin ilk rübündə götürülən yüksək temp bütün il boyu davam edəcək və əvvəlki illərdə olduğu kimi 2019-cu ili uğurla başa vurulacaq”.

sia.az.

Digər xəbərlər