Təxminən il yarımdan sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunması işləri başa çatacaq.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Bu istiqamətdə işlərin hazırda planlı şəkildə görüldüyünü deyən R.Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müvafiq tədbirlər reallaşdırılır. Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələdir. Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcəklər. Təxminən il yarımdan sonra Bakının bir neçə rayonunda bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaqlar.
Rövşən Rzayev əlavə edib ki, dövlətimizin başçısı qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verib.
yap.org.az
Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?
Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...