Bu gün üçün Əfqanıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,5 milyon dollar təşkil edir.SİA-nın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib.Nazir müavininin sözlərinə görə, Əfqanıstanın ölkəmizdə investisiya yatırdığı əsas sahələr sənaye, tikinti, nəqliyyat və tranzit sahələridir: "Əfqanıstanda Azərbaycanın təcrübəsi "Asan Xidmət" brendi altında tətbiq olunur. Hazırda biz Azərbaycan sahibkarlarının Əfqanıstanda daha geniş layihələrin icrasında iştirakını təmin etməyi düşünürük".S.Məmmədov əlavə edib ki, bu, tikinti və infrastrukturla bağlı layihələr ola bilər.
sia.az
Ornitoloqlar bunu aşkar ediblər..
Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...