PDF Oxu

Sosial

  • 4 117

DİM istiqamətində özəl sektorun rolu müzakirə olunub

DİM istiqamətində özəl sektorun rolu müzakirə olunub

Bakıda dayanıqlı inkişaf məqsədləri (DİM) istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin edilməsində özəl sektorun rolu müzakirə olunub. SİA Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatına istinadən xəbər verir ki, qurumun və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ölkəmizdəki nümayəndəliyi ilə birgə “Dayanıqlı inkişaf məqsədləri istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda seminar təşkil edilib.ASK-nın baş katib əvəzi Kristina Məmmədova seminarın Azərbaycanda DİM üzrə müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.İqtisadiyyat Nazirliyinin nümayəndəsi Elnur İbrahimov ümumilikdə DİM-lərin insanların rifahının yüksəldilməsinə yönəldiyini qeyd edərək Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini bildirib. E.İbrahimov DİM-lər üzrə prioritetlərin dövlət qurumları tərəfindən təkbaşına yerinə yetirilməsinin çətin olduğunu və bunun üçün bütün maraqlı tərəflərin bu prosesə qoşulmasının vacibliyini diqqətə çatdırıb.BMT-nin rezident əlaqələndirmə ofisinin DİM-lər üzrə məsləhətçisi Delevar Barekzai bu fikri təsdiqləyərək bütün sosial tərəfdaşları bu işə qoşulmağa çağırıb: “Bu sahədə dövlət və özəl sektorlar ilə birlikdə Azərbaycan üzrə prioritetlərin müəyyənləşdirilib və bu məqsədlə lazımi texniki yardım göstərilir”.Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev cari ilin iyulunda ABŞ-da DİM-lər üzrə yüksək səviyyəli forumun keçirildiyini vurğulayaraq bu tədbirdə BƏT-in baş direktorunun “Əməyin gələcəyi: çıxış üçün ayrılan vaxtın sonu” adlı xüsusi hesabatla çıxış etdiyini xatırladıb. O, seminarın mövzusunun cari ilin iyun ayında BƏT-in Cenevrədə təşkil olunmuş konfransı zamanı qəbul edilmiş bəyannaməyə uyğun olduğunu söyləyib. Y.Həmzəyevin sözlərinə görə, dövlətimizin başçısı tərəfindən 2019-2030-cu illər üzrə məşğulluq strategiya təsdiq edilib və ölkəmiz bu sahədə ümumilikdə 58 konvensiya və protokola qoşulub.Eyni zamanda, Y.Həmzəyev hökümət, ASK və Həmkarlar İttifaqları Konfederasiyasının birgə üçtərəfli komissiyanın yaradılmasını yüksək qiymətləndirib.Tədbir təqdimat və müzakirələrlə davam edib.

sia.az

Digər xəbərlər