“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbi aşpazlarımız həmçinin qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən olan hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər.Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.
sia.az