Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2300 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.Rayon Statistika İdarəsinin rəisi Seyfəddin Soltanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən yeddi ayı ərzində rayonda mövcud olan 2 min 501 hektar meyvə bağının 1037 hektarından 2 min 682,9 ton meyvə toplayıblar. Yığılmış məhsulun 218,5 tonunu alma, 121,7 tonunu armud, 472,6 tonunu ərik, 319,8 tonunu albalı, 397 tonunu gavalı, 691,7 tonunu alça, 159,6 tonunu gilas, 159 tonunu şaftalı, 285,7 tonunu isə digər meyvələr təşkil edib.Tədarük olunan əriyin demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çoxu Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərindəki meyvə sahələrindən yığılıb.
AZƏRTAC
KFC-1930-cu ildə ABŞ-də yaradılmış fastfud şəbəkəsi viral süni intellekt videosunu əsl gödəkçəyə çevirir...
5000 il sonra...
Öz həyatınıza aid olmadığınızı hiss etmək adi haldır...
Büdcə təxminən 20 milyard dollardır...