Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni binada son tamamlanma işləri aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti sahəsi 556 kvadratmetr olan ikimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib.Uşaq bağçasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC
Ornitoloqlar bunu aşkar ediblər..
Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...