Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 136,3 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər sahələrdə yetişmiş məhsulun yığımını aparır və bu günədək 85,2 hektardan 843,4 ton tərəvəz tədarük edilib. Yığılmış məhsulun 263,5 tonu xiyar, 212,4 tonu pomidor, 77 tonu sarımsaq, 6,9 tonu soğan, 162,7 tonu badımcan, 97,9 tonu bibər, 23 tonu isə digər tərəvəzdir. Əkinçilər yığdıqları məhsulu Bakı və digər iri şəhərlərin bazar və ticarət şəbəkələrinə göndərirlər.Rayonda tərəvəz yığımı davam edir.
AZƏRTAC
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?