Sosial

  • 4 381

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi”

image

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib.Gəncləri təbrik edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər