Sosial

  • 8 333

Bu il Bakı-Quba-Rusiya yolunun böyük hissəsinin tikintisi başa çatdırılacaq AAYDA

image

Yol infrastrukturunun modernləşdirilməsini maliyyələşdirməklə bağlı 2020-ci ildə də dövlət siyasəti dəyişməz olaraq qalır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, 2019-cu ildə bu siyasətin nəticəsi olaraq 54 layihə üzrə tikinti və yenidənqurma işləri aparılıb: "Ümumilikdə 2019-cu ildə tikilmiş, yenidən qurulmuş və təmir olunmuş avtomobil yolları, prospekt və küçələrin uzunluğu 1376,6 kilometrdir.Agentlik 2020-ci ildə də avtomobil yollarının tikintisi ilə bağlı büdcə maliyyələşdirilməsinin əsas prioriteti kimi müəyyənləşdirilən magistral, respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması ilə bağlı genişmiqyaslı işləri davam etdirəcək. Azərbaycanın 30, həmçinin Bakı şəhərinin 12 rayonunu əhatə edəcək bu layihələrə əsasən, uzunluğu 1000 (min) kilometrə yaxın yolların modernləşdirilməsi və inşası üzrə 50-dən çox yol infrastrukturu layihəsi həyata keçiriləcək. Həmçinin, bu il beynəlxalq əhəmiyyətli 152 kilometrlik magistral yolun - M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun böyük hissəsinin tikintisi ilə bağlı işlər başa çatdırılacaq".

sia.az

Digər xəbərlər