Sosial

  • 9 349

“Loqos” elmi-publisistik psixoloji jurnalın səkkizinci sayı işıq üzü görüb

image

3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında il ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarında baş verən mühüm tədbirlər, əməkdaşlıqlar və beynəlxalq təlimlər haqqında geniş məlumat verilib.SİA-nın xəbərinə görə jurnalda uşaqların nitq inkişaf ləngiməsi, hamilə qadın psixologiyası və doğuş riskləri, münasibətdə üçüncü şəxs, uşaqlarda ikinci dil qorxusu, hər yaş qrupuna uyğun düzgün oyuncaq seçimi kimi günümüzün bir çox aktual problemlərinə psixoloq yanaşması da yer alıb.Məlumat üçün bildirək ki, jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Məmmədova, baş redaktoru Rəhilə Gülgündür.

sia.az

Digər xəbərlər