Sosial

  • 6 264

Lənkəranda “Uğurlu karyera könüllülükdən başlayır !” təlim kursu keçirilib

image

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Lənkəran Şəhər Gənclər Evində “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib.SİA-nın məlumatına görə, tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, layihə rəhbəri Nilufər Mahmudzadə, Layihənin koordinatoru Elbəy Fətəliyev, Lənkəran Peşə Liseyi və müxtəlif təhsil müəssisələrində təhsil alan 33 nəfər ictimai-fəal gənc iştirak edib.Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə tədbir iştirakçılarını idarə adından salamlayaraq bildirib ki, 2020-ci il ölkədə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan olunub. Gənclər üçün belə bir layihənin həyata keçirilməsi, təlim və seminarların təşkili rayonda könüllülük hərəkatının inkişafına təkan verəcəkdir.Daha sonra çıxış edən Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verməklə layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə könüllülük hərəkatının daha geniş platformalarda təbliğ etmək olduğunu qeyd edib. O həmçinin bildirib ki, 2020-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması layihənin uğurlu gedişatına yeni töhvə verib. Layihənin koordinatoru Elbəy Fətəliyev bildirib ki, könüllülük hərəkatında gənclərin yaxından iştirak etməsi onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımından olduqca əhəmiyyətlidir. Elbəy Fətəliyev həmçinin gənclərin bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyyə edib.Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırıb.Layihənin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək,layihədə iştirak edəcək gənclərin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğini aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.Qeyd edək ki, layihənin növbəti təlim kursu Masallı rayonunda keçiriləcəkdir.

sia.az

Digər xəbərlər