Sosial

  • 8 958

İdris İsayev: Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib

image

“Son illər ölkədə texniki və texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir”. Bu fikirləri Təhsil nazirinin müavini İdris İsayev deyib.
İ.İsayev bildirib ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 proqram tətbiq edilir. Onlardan 4-ü məhz texniki və texnoloji ixtisaslara aiddir.
“Azərbaycanın 10 universiteti dünyanın aparıcı 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramlarında kadr hazırlığı aparır. Bu proqramlardan 7-si texniki və texnoloji ixtisaslara aiddir”-deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər